Biz Yaponiya avtomobil auksionlarında və diler şəbəkəsində təklif olunan ən yaxşı avtomobil və motosikletləri gündəlik olaraq internet səhifəmizdə təklif edirik.
Avtomobillər necə yoxlanılır?
Yaponiya avtomobil auksionları təklif olunan avtomobilləri çox ciddi şəkildə yoxlayır və qiymətləndirir. Auksion vərəqində avtomobilin bütün parametrləri: yürüşü, ümumi vəziyyəti, nöqsanları qeyd olunur.
Təklif olunan avtomobillərin - auksion vərəqlərini oxuyub, bütün parametrlərini dəqiq şəkildə qeyd edirik. Bizim əməkdaşlarımız auksionda təklif olunan avtomobilləri yerində canlı yoxlayıb, video formatda məlumat verirlər. Bir sözlə yürüş, istehsal ili və vəziyyətilə bağlı bütün məlumatların dəqiqliyinə zəmanət veririk.
Saytda qeyd olunan qiymətlər nə daxildir?
Avtomobilin yerindəki alış qiyməti, auksion xərcləri, daxili daşınma, konteynerə yüklənmə və Azərbaycana kimi çatdırılma, konteynerin boşaldılması və terminal xərcləri daxildir.
Qiymətlərə gömrük xərcləri daxil deyil. Sifarişçinin istəyinə görə gömrük rəsmiləşdirməsi bizim tərəfimizdən də həyata keçirilə bilər.