Necə almaq olar

Bizim təkliflər, avtomobil seçimi və qiymətlər barədə

Biz Yaponiya avtomobil auksionlarında və diler şəbəkəsində təklif olunan ən yaxşı avtomobil və motosikletləri gündəlik olaraq internet səhifəmizdə təklif edirik.

Avtomobillər necə yoxlanılır?

Yaponiya avtomobil auksionları təklif olunan avtomobilləri çox ciddi şəkildə yoxlayır və qiymətləndirir. Auksion vərəqində avtomobilin bütün parametrləri: yürüşü, ümumi vəziyyəti, nöqsanları qeyd olunur.

Təklif olunan avtomobillərin - auksion vərəqlərini oxuyub, bütün parametrlərini dəqiq şəkildə qeyd edirik. Bizim əməkdaşlarımız auksionda təklif olunan avtomobilləri yerində canlı yoxlayıb, video formatda məlumat verirlər. Bir sözlə yürüş, istehsal ili və vəziyyətilə bağlı bütün məlumatların dəqiqliyinə zəmanət veririk.

Saytda qeyd olunan qiymətlər nə daxildir?

Avtomobilin yerindəki alış qiyməti, auksion xərcləri, daxili daşınma, konteynerə yüklənmə və Azərbaycana kimi çatdırılma, konteynerin boşaldılması və terminal xərcləri daxildir.
Qiymətlərə gömrük xərcləri daxil deyil. Sifarişçinin istəyinə görə gömrük rəsmiləşdirməsi bizim tərəfimizdən də həyata keçirilə bilər. 

ExporterAz delivery
konteyner daşınma
çəngəlağız yükləyici
auksion vərəqi
düyü əkən

Ödəniş və çatdırılma barədə

Sifariş vermək istədiyiniz avtomobil və ya motosiklet - auksiondan alınırsa - auksionda iştirak, təklif vermək üçün sizdən depozit tələb olunur. Depozit məbləği minimum 1,000$ təşkil edir. Təklifiniz uğurlu olmadığı halda - depozit tam olaraq geri qaytarılır.

Təklif uğurlu olduğu halda, sifariş olunan nəqliyyat vasitəsinin yerindəki alış qiyməti əvvəlcədən tam şəkildə 3 iş günü ərzində ödənilməlidir. Ödənişlər Bank vasitəsilə, invoys əsasında həyata keçirilir. 

Çatdırılma

Sifariş olunan nəqliyyat vasitələri konteynerə yükləndikdən sonra Yaponiyanın Naqoya şəhərində yerləşən dəniz limanından Gürcüstanın Poti limanına qədər gəmi vasitəsilə çatdırılır.

Daşınma müddəti təxminən 60 gün çəkir. Bu müddət ərzində siz təqdim olunmuş tracking vasitəsilə gəminin olduğu yeri, çatma vaxtını görə bilirsiniz.
Poti limanından Bakı şəhərinə qədər daşınma isə tirlər vasitəsilə yerinə yetirilir.