Biz Yaponiyadan avtomobil, motosiklet, kənd təsərrüfatı və digər avadanlıqların Azərbaycana çatdırılması ilə məşğuluq.
ExporterAz fəaliyyətini 2009-cu ildən etibarən başlayıb.
Biz şəffaf və qayğıkeş yanaşmamızla 12 ildən çox müddət ərzində yüzlərlə uğurlu sifariş yerinə yetirmişik.
Təklif etdiyimiz avtomobillər barədə heç nəyi gizlətmədən, tam dəqiq və müfəssəl məlumat verdiyimiz üçün müştərilərin etibarını qazana bilmişik.
Sifariş olunan avtomobillərin yürüşünün orijinallığına zəmanət veririk.
2017-ci ildən başlayaraq biz kənd təsərrüfatı texnikası, motosiklet və tikinti texnikası sifarişlərini yerinə yetiririk. Fəaliyyətimizin bir hissəsini retro avtomobillər təşkil edir.
2020-ci ildə Yaponiyada, Naqoya şəhərində şirkətimizi rəsmi olaraq qeydiyyatdan keçirdərək beynəlxalq arenaya çıxa bilmişik.
Hal-hazırda Azərbaycandan başqa ABŞ, Kanada, Hollandiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və hətta Cənubi Afrikaya belə sifarişləri çatdırırıq.
Yaponiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin güclənməsində öz tövhəmizi verməkdən qürur hissi duyuruq.